Ukrayna və Britaniya xarici işlər nazirləri Berlində görüşüb

Dmitri Kuleba, Liz Trass

© APA | Dmitri Kuleba, Liz Trass

# 13 may 2022 15:30 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba britaniyalı həmkarı Liz Trasla görüşüb.

APA xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüş Berlində G7 XİN başçılarının iclasından əvvəl baş tutub.

Söhbət zamanı tərəflər Ukrayna və Britaniya arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

“Biz Ukraynaya daha çox hərbi yardım, Rusiyaya qarşı yeni sanksiyalar və Rusiyanın Ukraynadakı ağır cinayətlərinə görə məsuliyyətə cəlbetmə yollarını müzakirə etdik”, - Ukrayna XİN rəhbəri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR