Ukrayna və Britaniya XİN rəhbərləri arasında telefon danışığı olub

Ukrayna və Britaniya XİN rəhbərləri arasında telefon danışığı olub
# 19 may 2022 19:44 (UTC +04:00)

Ukrayna xarici işlər nazir Dmitri Kuleba və Britaniya xarici işlər naziri Liz Trass arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Britaniyanın xarici işlər naziri ilə işğala və Ukraynanın ərzaq ixracının qarşısının alınmasına görə Rusiyanın məsuliyyətə cəlb olunması yolları barədə danışdıq. Rusiya təkcə ukraynalıların öldürülməsinə, işgəncəyə məruz qalmasına və zorlanmasına görə deyil, həm də bütün dünyada, o cümlədən Afrikada aclıqdan əzab çəkən, ölən insanlara görə tam məsuliyyət daşıyır", Ukrayna XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR