Ukrayna və Çin xarici işlər nazirləri görüşüb

Dmitri Kuleba, Vanq Yi

© APA | Dmitri Kuleba, Vanq Yi

# 23 sentyabr 2022 12:09 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Kuleba “Twitter”də bildirib.

Görüşdə Ukrayna və Çin arasında əlaqələr müzakirə olunub.

Ukraynalı nazir bildirib ki, Van İ Çinin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini və həmçinin, fikir ayrılıqlarının həllində güc tətbiq edilməsinin rədd edilməsini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR