Ukrayna və Fransa XİN başçıları telefonla danışıb

Ukrayna və Fransa XİN başçıları telefonla danışıb
# 26 may 2022 10:56 (UTC +04:00)

Fransanın yeni xarici işlər naziri Katerina Kolonna və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında ilk telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Kuleba “Twitter”də bildirib.

“Fransanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. Biz neft embarqosu da daxil olmaqla, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin zəruriliyi barədə razılığa gəldik və həmçinin Ukraynanın Aİ-yə namizəd statusunu müzakirə etdik. Onu Ukraynada qarşılamağı səbirsizliklə gözləyirik”, - ukraynalı nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR