Ukrayna və Rusiya "5-ə 5" düsturuna əsasən əsir mübadiləsi aparıblar

Ukrayna və Rusiya "5-ə 5" düsturuna əsasən əsir mübadiləsi aparıblar
# 18 iyun 2022 21:46 (UTC +04:00)

Ukrayna bu gün Rusiya ilə əsir mübadiləsi zamanı daha beş nəfəri geri qaytarıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalıında məlumat yayılıb.

"Bu gün Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən növbəti mübadilə həyata keçirib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb.

Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir”, - deyə məlumatda deyilir.

Qeyd olunur ki, Kiyev vilayətində gedən döyüşlər zamanı dörd dinc sakin Rusiya tərəfindən əsir götürülüb.

Həmçinin bildirilib ki, müharibə zamanı ölən ukraynalı hərbçinin də meyiti qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR