Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub
# 28 iyun 2022 16:55 (UTC +04:00)

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, mübadilə 17-yə 15 düsturu əsasında baş tutub.

"2-si zabit, 14-ü əsgər olmaqla 16 Ukrayna hərbçisi vətənə qayıdır. Bir mülki şəxs də azad edilib. Sərbəst buraxılanlardan beşi ağır yaralıdır və onların təcili müalicəyə ehtiyacı var. Əsir götürülən bütün ukraynalıların geri qaytarılması üzrə Koordinasiya Qərargahının işi davam edir", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR