Ukrayna XİN başçısı Afrika ölkələrinə səfər edəcək

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 03 oktyabr 2022 12:23 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Afrika ölkələrinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3-12 oktyabr tarixlərində Ukrayna XİN rəhbərinin ölkə diplomatiyası tarixində Afrika ölkələrinə ilk turu baş tutacaq. Nazir Kuleba regionda ilk səfərini Seneqala edəcək.

XİN-in məlumatına görə, görüşlərin mərkəzində əsas mövzu Rusiyanın müharibəsi, xüsusilə də Ukrayna ərazilərinin ilhaqına son cəhdi fonunda cənub ölkələrindən Ukraynaya siyasi dəstəyin gücləndirilməsi olacaq.

Səfər çərçivəsində Ukrayna və Afrikanın aparıcı şirkətlərinin iştirakı ilə bir sıra biznes forumların keçirilməsi də nəzərdə tutulub.
Nazirlik bildirib ki, Dmitri Kulebanın səfəri həm də genişmiqyaslı Ukrayna-Afrika konfransının keçirilməsinə hazırlıq xarakteri daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR