Ukrayna XİN başçısı Brüsselə gedir

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 16 may 2022 13:43 (UTC +04:00)

“Ukrayna fərdi və ləyaqət əsasında qiymətləndirməyə layiqdir”.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

Ukraynalı nazir bildirib ki, o, Aİ-nin Rusiyaya qarşı neft embarqosunu ehtiva edən altıncı sanksiyalar paketinin təsdiqlənməsinə təkan vermək üçün Brüsselə səfərə gedir.

“Mən həmçinin əlavə silah tədarükünə və Ukraynaya Aİ-yə namizəd statusunun verilməsinə diqqət yetirəcəyəm. Biz inanırıq ki, Ukrayna fərdi və ləyaqət əsasında qiymətləndirməyə layiqdir”, - nazir Kuleba qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR