Ukrayna XİN başçısı: “Rusiya dünyanın ərzaq təhlükəsizliyini təhdid edir”

Ukrayna XİN başçısı: “Rusiya dünyanın ərzaq təhlükəsizliyini təhdid edir”
# 17 may 2022 11:27 (UTC +04:00)

"Ukraynanın ərzaq məhsullarının ixracına qoyulan məhdudiyyətlərin yeganə səbəbi Rusiyanın ölkəmizə təcavüzü və Ukraynanın dəniz limanlarını qanunsuz blokadaya almasıdır. Rusiya cinayətkar əməlləri ilə dünyanın ərzaq təhlükəsizliyini təhdid edir".

APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Çətin şərtlərə baxmayaraq, Ukrayna müqavilə öhdəliklərini yerinə yetirmək və qlobal istehlakçılara, xüsusən də Aİ infrastrukturundan istifadə etməklə ərzaq tədarük etmək üçün bütün səyləri göstərir”, - Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vurğulayıb.

Nazir qeyd edib ki, Ukrayna artıq Aİ ölkələri ilə Ukraynanın ərzaq ixracatını qlobal bazarlara çatdırmaq üçün alternativ yollar hazırlamaq barədə razılığa gəlib.

"Ukrayna, Aİ, ABŞ, Kanada və Böyük Britaniya Rusiyanın təcavüzü və blokadası nəticəsində yaranan qlobal ərzaq böhranının qarşısını almaq üçün əməkdaşlıq edir. Bu, çətin işdir, lakin biz bunun üzərində işləyirik", nazir deyib.

Qeyd edək ki, mayın 12-də Avropa İttifaqının nəqliyyat üzrə komissarı Adina Velyan Ukraynanın ərzaq məhsullarının ixracına kömək etmək üçün nəzərdə tutulmuş “Həmrəylik zolaqları” fəaliyyət planını təqdim edib.

Bu layihə çərçivəsində üç aydan az müddətdə Aİ infrastrukturu vasitəsilə Ukraynadan 20 milyon ton taxıl daşınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR