Ukrayna XİN BMT-ni İran PUA-larını araşdırmağa çağırıb

Ukrayna XİN BMT-ni İran PUA-larını araşdırmağa çağırıb
# 14 yanvar 2023 03:26 (UTC +04:00)

Ukrayna BMT-ni İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova deyib.

“Dəfələrlə BMT-nin rəhbərliyindən İranın Rusiyaya PUA-lar verməsini araşdırmaq üçün Ukraynaya ekspertlər göndərmək üçün rəsmi müraciət edilib. Bu gün mən bu missiyanın tezliklə göndəriləcəyi ümidi ilə bu sorğunu təzələyirəm”, - deyə Caparova vurğulayıb.

Ötən ilin avqustunda “The Washington Post” İranın Rusiyaya özünün istehsal etdiyi pilotsuz təyyarələrini tədarük etdiyinə dair məqalə dərc etmişdi.

Daha sonra oxşar bəyanatlar Amerika administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib.

Moskva və Tehran Rusiyanın Ukraynada istifadə üçün İrana məxsus pilotsuz təyyarələr verməsi ilə bağlı iddiaları dəfələrlə təkzib ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR