Ukrayna XİN rəhbəri: Atəşkəs çağırışları çox yersizdir

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 29 iyul 2022 12:28 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəfdaş ölkələri Rusiyanın atəşkəslə bağlı təkliflərinə inanmamağa çağırıb.

APA xəbər verir ki, bu barədə o, "New York Times"də dərc olunan “Putin dayandırılmalıdır” adlı məqaləsində bildirib.

"Heç kim aldanmamalıdır. Rusiya rəsmiləri nə desələr də, Rusiya hələ də müharibəyə fokuslanıb və Ukraynanı məhv etmək və Qərbi darmadağın etmək niyyətindədir. Cənub limanlarından taxıl ixracına icazə verilməsinə dair razılaşma əldə edildikdən bir neçə saat sonra Rusiya raketləri ilə vurulan Odessanın mənzərəsi sadəlövhlüyü aradan qaldırmalıdır. Vladimir Putin üçün atəşkəs indi onun tükənmiş işğalçı qüvvələrinə növbəti təcavüz üçün geri qayıtmazdan əvvəl fasilə verməyə imkan verəcək.

Həqiqət sadədir: cənab Putin dayandırılmalıdır, yoxsa o dayanmayacaq. Buna görə də bütün Avropa və Amerikada eşidilən atəşkəs çağırışları çox yersizdir. Əlverişsiz atəşkəs təkliflərini və ya sülh sazişlərini qəbul etmək vaxtı deyil. Bunun əvəzinə məqsəd Rusiyanı məğlub etmək olmalıdır. Davamlı və vaxtında yardımla Ukrayna buna hazırdır və qadirdir”, - ukraynalı nazir məqaləsində vurğulayıb.

Nazir deyib ki, “uzunmüddətli, davamlı sülh yalnız Rusiya döyüş meydanında məğlubiyyətə uğradıqdan sonra mümkündür. Yalnız bundan sonra Prezident Putin müharibə yox, sülh axtaracaq”.

“Ukrayna, ABŞ və Avropadakı müttəfiqlərimiz cənab Putinlə onun dilində - güc dili ilə danışmalıdırlar. Praktiki olaraq bu, Ukraynanı hərbi cəhətdən gücləndirmək, qabaqcıl artilleriya qurğularının və zirehli texnikanın çatdırılmasını sürətləndirmək və əlavə maliyyə yardımı ilə iqtisadi cəhətdən gücləndirmək deməkdir. Rusiya ixracını hədəf alan, banklarına qadağa qoyulan və onun dəniz ticarətinə çıxışını məhdudlaşdıran sanksiyalar artırılmalıdır”, - XİN rəhbəri diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR