Ukrayna XİN Rusiyanı taxıl sazişi üzrə öhdəliklərini pozmaqda ittiham edib

Ukrayna XİN Rusiyanı taxıl sazişi üzrə öhdəliklərini pozmaqda ittiham edib
# 23 iyul 2022 14:25 (UTC +04:00)

Rusiya Odessa limanına raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko “Twitter”də bildirib.

O qeyd edib ki, bununla da Rusiya dünən İstanbulda “Taxıl daşınması sazişi”nin imzalanmasından 24 saat belə keçmədən verdiyi vədləri və BMT ilə Türkiyə qarşısında götürdüyü öhdəlikləri pozub.

XİN rəsmisi əlavə edib ki, Rusiya qlobal ərzaq böhranına görə tam məsuliyyət daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR