Ukrayna yenidən raket atəşinə tutulub, xəsarət alanlar var - VİDEO

Ukrayna

© APA | Ukrayna

# 09 yanvar 2023 12:23 (UTC +04:00)

Ukraynanın Xarkov vilayəti bu gün raket atəşinə tutulub və nəticədə dağıntılar altında qalaraq xəsarət alanlar var.

APA xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Sinequbov məlumat verib.

İlkin məlumata görə, 7 nəfər xəsarət alıb və onların sırasında 13 yaşlı uşaq da var.

Həmçinin bildirilib ki, Rusiya Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sistemindən açılan atəş nəticəsində Şevçenkovo qəsəbəsində ciddi dağıntılar var və dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR