Ukraynada binanın uçması nəticəsində 5 nəfər ölüb

Ukraynada binanın uçması nəticəsində 5 nəfər ölüb
# 17 avqust 2022 10:31 (UTC +04:00)

Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk bölgəsinin Lisiçansk şəhərində üçmərtəbəli inzibati bina uçub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə avqustun 16-sı günorta saatlarında baş verib.

Binanın uçması nəticəsində 5 nəfər ölüb, daha 4 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri aparılır.

Binanın hansı səbəbdən uçduğu hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR