Ukraynada bir çox yaşayış məntəqələri işıqsız qalıb

Ukraynada bir çox yaşayış məntəqələri işıqsız qalıb
# 31 oktyabr 2022 12:06 (UTC +04:00)

Ukraynada bu gün səhərdən etibarən baş verən partlayışlar nəticəsində ölkə ərazisində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin rəsmisi Kiril Timoşenko “Telegram” kanalında məlumat yayılıb.

“Ukrayna şəhərlərindəki vacib infrastruktur obyektlərinin kütləvi şəkildə atəşə tutulması səbəbilə ölkə ərazində təcili şəkildə elektrik enerjisinin verilməsi dayandırılıb”,- Timoşenko qeyd edib.

O həmçinin qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri atılan raketlərin bir hissəsini vura bilsə də, bəziləri hədəflərə çatıb.

Timoşenko onu da əlavə edib ki, aidiyyəti qurumlar raket zərbələrinin fəsadlarının aradan qaldırılması üçün çalışır.

Xatırladaq ki, Kiyev meri Vitaliy Kliçko bu gün səhər saatlarından etibarən silsilə raket atəşi haqda məlumat vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR