Ukraynada dağıdılan xəstəxanaların sayı açıqlanıb

Ukraynada dağıdılan xəstəxanaların sayı açıqlanıb
# 11 may 2022 12:37 (UTC +04:00)

Rusiya Ordusunun zərbələri nəticəsində Ukraynada 101 xəstəxana tamamilə dağılıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müharibənin davam etdiyi 77 gün ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın 600 tibb müəssisənin zərbələr endirib ki, onlardan 101-i tamamilə dağıdılıb. Həmçinin 450-dən çox aptek dağıdılıb.

“Rusiya qüvvələri təxminən 200 ambulansa atəş açıb və ya onu ələ keçirib”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR