Ukraynada daha bir partiyanın fəaliyyəti qadağan edilib

Ukraynada daha bir partiyanın fəaliyyəti qadağan edilib
# 20 iyun 2022 15:14 (UTC +04:00)

Ukraynada məhkəmə “Həyat Üçün – Müxalifət Platforması” partiyasının fəaliyyətini qadağan edib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Ədliyyə Nazirliyinin “Facebook” hesabında bildirilib.

“Məhkəmə partiyaya məxsus bütün əmlakların, maliyyə vəsaitinin və digər aktivlərin dövlət mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edib. Qərar partiyanın əsas mərkəzlərinə və digər struktur qurumlarına, regional, şəhər və rayon təşkilatlarına şamil edilir”, - məlumatda qeyd olunub.

Bununla da Ukraynada fəaliyyəti qadağan edilən partiyaların sayı 10-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR