Ukraynada daha bir partiyanın fəaliyyətinə qadağa qoyulub

Ukraynada daha bir partiyanın fəaliyyətinə qadağa qoyulub
# 23 iyun 2022 16:31 (UTC +04:00)

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə qadağa qoyulub.

APA Unian.net-ə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin müraciəti əsasında Ukrayna Proqressiv Sosialist Partiyasının fəaliyyətinə qadağa qoyulub.

Partiyanın bütün əmlakı da dövlətin xeyrinə müsadirə olunacaq.

Ukrayna Proqressiv Sosialist Partiyası 1996-cı ildə yaradılıb. Partiyaya həmin tarixdən bəri Natalya Vitrenko başçılıq edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR