Ukraynada daxili işlər naziri postuna müvəqqəti təyinat olub

Ukraynada daxili işlər naziri postuna müvəqqəti təyinat olub
# 18 yanvar 2023 17:49 (UTC +04:00)

Ukraynada daxili işlər naziri postuna müvəqqəti təyinat olub.

APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Milli polisin rəisi İqor Klimenko daxili işlər nazirinin müavini təyin olunub. O, müvəqqəti olaraq nazir səlahiyyətlərini icra edəcək.

Xatırladaq ki, bu gün Ukraynanın daxili işlər naziri və digər rəhbər şəxsləri Kiyev vilayətində helikopter qəzasında həlak olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR