Ukraynada Faşizm üzərində Qələbə günü qeyd ediləcək

Ukraynada Faşizm üzərində Qələbə günü qeyd ediləcək
# 04 may 2022 16:53 (UTC +04:00)

Ukraynada 9 May - Faşizm üzərində Qələbə günü hazırkı şərtlər nəzərə alınmaqla qeyd ediləcək.

APA “Ukranews.com” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Aleksandr Motizyanik keçirdiyi brifinqdə bildirib.

O, həmin tarixin dövlət bayramı olduğunu, hazırkı şərtlər nəzərə alınmaqla dövlət səviyyəsində qeyd ediləcəyini vurğulayıb.

Ukrayna MN rəsmisi Rusiyada Qələbə gününün qeyd edilməsinə münasibətində qeyd edib ki, Moskva həmin tarixədək Ukraynadakı müharibədə bəzi nəticələr əldə etməyə çalışır.

“Bu günədək Rusiya hər hansı strateji hədəfinə nail ola bilməyib”, - Motuzyanik vurğulayıb.

MN rəsmisi Rusiya qüvvələrinin 9 mayda Mariupolda parad keçirəcəyinə dair məlumatının olmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR