Ukraynada hərbi vəziyyət daha 3 ay müddətinə uzadılıb - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski

© APA | Ukrayna prezidenti Volodimir Zelenski

# 22 may 2022 16:03 (UTC +04:00)

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyəti daha 3 ay müddətinə uzatmaq barədə qərar verib.

APA xəbər verir ki, hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.

Ali Rada qanun layihəsini yekdilliklə dəstəkləyib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 24-dək qüvvədə idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR