Ukraynada hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Ukraynada hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
  • Clock-gray 17:09
  • calendar-gray 17 Avqust 2019

Ukraynanın Odessa şəhərində hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi “Tokyo Star” hotelinin rəhbərinin qanunvericiliyə uyğun cəzalanmasına şəxsən nəzarət edəcəyini bildirib. Ukraynanın baş naziri Vladimir Qroysman isə bütün istirahət mərkəzlərində, sanatoriya və mehmanxanalarda geniş araşdırılma aparılmasını tapşırıb.  

***

11:09

Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib. 

APA “Ukrinform”a istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

Məlumata görə, yanğın gecə 01:34-də “Tokyo Star” hotelinin ikinci mərtəbəsində meydana gəlib. Yanğının söndürülməsinə 13 xüsusi avtomobil və 60 xilasedici cəlb olunub. Nəticədə yanğın 3:35-də söndürülüb.

Bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının təfərrüatlarına dair brifinq keçirəcək. 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date