Ukraynada insanların sığındığı binaya zərbə endirilib, dörd nəfər həlak olub - FOTO

Ukraynada insanların sığındığı binaya zərbə endirilib, dörd nəfər həlak olub - FOTO
# 16 iyun 2022 20:40 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın Lisiçanska rayonuna hava zərbələri endirib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook”da məlumat yayıb.

Məlumata görə, insanların sığındığı binaya zərbələr endirilib.

“Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini çıxarıb”, - deyə məlumatda bildirilir.

Aviazərbə nəticəsində binanın dağıldığı qeyd edilir.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə yerində rayon Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR