Ukraynada iş adamı Kolomoyski və sabiq DİN başçısı Avakovun evində axtarışlar aparılıb - YENİLƏNİB

Arsen Avakov

© APA | Arsen Avakov

# 01 fevral 2023 13:15 (UTC +04:00)

Ukraynalı iş adamı İqor Kolomoyskinin və keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarışlar aparılır.

APA xəbər verir ki, bu barədə Ukraynanın “Vesti” nəşri məlumat yayıb.

Bildirilib ki, axtarışları Ukrayna Təhlükəsizlik Xidməti həyata keçirir.

İqor Kolomoyskinin evindəki istintaq araşdırması “Ukrtatnafta” və “Ukrnafta” şirkətlərində aşkarlanan qanun pozuntuları ilə əlaqədardır. Onun barəsində neft məhsullarının 40 milyard qriven (təqribən 1.09 milyard dollar) dəyərində israf edilməsi və gömrük rüsumlarından yayınma ittihamları ilə cinayət işi açılıb.

Həmçinin o da məlum olub ki, Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakovun da evində axtarış həyata keçirilib.

Məlumatı Arsen Avakov təsdiqləyib. O, axtarışların DİN başçısının həlak olduğu son helikopter qəzası ilə əlaqəli olduğunu deyib.

"Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb və 6 il bundan əvvəl “Airbus Helicopters” şirkətinə məxsus müqavilələr yoxlanılıb. Müqavilələr hökumət və Rada tərəfindən təsdiqləndiyi üçün təbii ki, hər hansı qanun pozuntusu aşkarlanmayıb”.

***

13:01

Ukraynada keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış aparılıb.

APA xəbər verir ki, bu barədə o, özü mətbuata açıqlama verib.

O, axtarışların son helikopter qəzası ilə bağlı keçirildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR