Ukraynada müharibə başlayandan 5 mindən çox mülki şəxs öldürülüb

Ukraynada müharibə başlayandan 5 mindən çox mülki şəxs öldürülüb
# 13 sentyabr 2022 09:38 (UTC +04:00)

Fevralın 24-dən sentyabrın 11-dək Ukraynada ümumilikdə 14248 mülki şəxs zərər görüb, onlardan 5827 nəfər həlak olub, 8421 nəfər yaralanıb.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Öldürülən 5827 nəfərdən 2270-i kişi, 1559-u qadın, 153-ü qız və 187-si oğlandır. O cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 35 uşaq və 1623 böyük var.

BMT qeyd edib ki, gərgin döyüşlərin getdiyi bəzi yerlərdə məlumatlar gecikdirildiyi və bir çox xəbərlər hələ də təsdiqlənmədiyi üçün real rəqəmlər daha çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR