Ukraynada müharibə başlayandan ölən dinc sakinlərin sayı açıqlanıb

Ukraynada müharibə başlayandan ölən dinc sakinlərin sayı açıqlanıb
# 14 mart 2023 11:32 (UTC +04:00)

Ukraynada müharibə başlayandan 8 231 dinc sakin ölüb, 12 734 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) son hesabatında qeyd olunub.

Hesabatda göstərilib ki, ölənlərin arasında 3 664 nəfər kişi, 2 173 qadın, uşaqlar arasında 260 nəfər oğlan və 203 qız, o cümlədən cinsini təyin etmək mümkün olmayan 31 uşaq və 1900 nəfər böyük var.

Müharibədə xəsarət alanların 3 638 nəfəri kişi, 2471-i qadın, uşaqların 413 nəfəri oğlan və 295 nəfəri qızdır.

Xəsarət alanların arasında cinsi hələlik məlum olmayan 271 uşaq və 6 646 nəfər böyük var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR