Ukraynada müharibə zamanı yaralanan uşaqların sayı artıb

Ukraynada müharibə zamanı yaralanan uşaqların sayı artıb
# 10 iyul 2022 10:41 (UTC +04:00)

Ukraynada Rusiya ordusunun genişmiqyaslı silahlı əməliyyatı zamanı yaralanan uşaqların sayı artır.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu öz Telegram səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci il iyulun 10-u səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı əməliyyatının qurbanlarının rəsmi sayı son sutka ərzində dəyişməyib - 347. Yaralıların sayı isə artıb - 648 uşaq.

Uşaqlar ən çox Donetsk vilayətində - 348, Xarkov - 187, Kiyev - 116, Çerniqov - 68, Luqansk - 61, Nikolayev - 53, Xerson - 52, Zaporojye - 31 zərər çəkib.

Belə ki, iyulun 9-da rus qoşunlarının Xarkov şəhərinin mərkəzində yaşayış binalarını növbəti dəfə atəşə tutması nəticəsində 12 yaşlı qız yaralanıb.

Bundan başqa, Rusiya Federasiyası silahlı qüvvələrinin bombardmanları və atəşə tutması nəticəsində 2116 təhsil müəssisəsi zərər görüb. Onlardan 216-sı tamamilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR