Ukraynada müharibədə 221 uşaq həlak olub

Ukraynada müharibədə 221 uşaq həlak olub
# 05 may 2022 10:41 (UTC +04:00)

Ukraynada müharibədə həlak olan uşaqların sayı 221-ə çatıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

Bildirilib ki, mayın 5-i səhər saatlarına olan məlumata görə, 221 uşaq həlak olub, 408 uşaq yaralanıb.

Partlayışlar və mərmilər 1584 təhsil müəssisəsinə ziyan vurub, onlardan 118-i tamamilə məhv edilib.

Baş Prokurorluqdan bildirilib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR