Ukraynada müharibədə 240 uşaq həlak olub

Ukraynada müharibədə 240 uşaq həlak olub
# 26 may 2022 10:25 (UTC +04:00)

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 240 uşaq həlak olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, davam edən müharibədə indiyədək 436 uşaq yaralanıb.

Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Jitomir, Xerson və Sumidə qeydə alınıb.

“Rusiya qüvvələrinin hava və artilleriya zərbələri nəticəsində 1883 təhsil müəssisəsi zərər görüb, onlardan 178-i tamamilə dağıdılıb”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR