Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb

Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb
# 16 may 2022 10:13 (UTC +04:00)

Ukraynada müharibə başlayan gündən indiyə qədər 650 uşaq zərər görüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, onlardan 229-u həlak olub, 421 uşaq yaralanıb.

Eyni zamanda bildirilib ki, müharibə başlayanda Ukraynada 1748 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 144-ü tamamilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR