Ukraynada Rusiyanın 4 hərbi təyyarəsi vurulub - YENİLƏNİB

Ukraynada Rusiyanın 4 hərbi təyyarəsi vurulub  - YENİLƏNİB
# 24 sentyabr 2022 21:15 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 4 hərbi təyyarəni vurub.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, HHM qüvvələri gün ərzində 1 ədəd Su-25, 2 ədəd Su-30, 1 ədəd Su-34 təyyarəsi, 5 PUA və 1 qanadlı raketi vurub.

Artilleriya bölmələri isə 4 idarəetmə məntəqəsi və 4 silah anbarını, 3 HHM mövqeyini dağıdıb.

***

21.00

Ukraynanın Desant-hücum qoşunları Rusiyaya məxsus 2 hərbi təyyarəni vurub.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın Desant-hücum qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Desant-hücum briqadası bir zirehli Su-25 bombardmançısını və bir dördüncü nəsil Su-30 qırıcısını vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR