Ukraynada səfərdə olan Moldova Prezidenti: "Bu, ağlasığmaz faciədir" - YENİLƏNİB

Ukraynada səfərdə olan Moldova Prezidenti: "Bu, ağlasığmaz faciədir"  - YENİLƏNİB
# 27 iyun 2022 15:01 (UTC +04:00)

Ukraynada səfərdə olan Moldova Prezidenti Maya Sandu Borodianka, Buça və İrpinə gedib.

APA xəbər verir ki, bu barədə Moldova Prezidenti "Tvitter"də bildirib.

"Bu gün Ukraynadayam. Borodianka, Buça və İrpin şəhərlərində oldum. Gördüyüm zorakılıq və dağıntının miqyasına görə nitqim tutuldu. Bu, ağlasığmaz faciədir və biz cəsur fədakar Ukrayna xalqına sülh, azadlıq, firavanlıq və öz seçdikləri həyat arzulayırıq", Moldova Prezidenti "Twitter"də bildirib.

***

12:40

Moldova Prezidenti Maya Sandu bu gün Ukraynaya işgüzar səfər edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Maya Sandu Kiyevdə işgüzar səfərdədir. Gün ərzində dövlət başçısı Borodyanka, Buça və İrpen şəhərlərinə səfər edəcək, eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR