Ukraynada soyğunçuluqla məşğul olan keçmiş gürcü polislər saxlanılıb

Ukraynada soyğunçuluqla məşğul olan keçmiş gürcü polislər saxlanılıb
  • Clock-gray 23:21
  • calendar-gray 19 Avqust 2019

 

Ukraynada soyğunçuluqla məşğul olan üç Gürcüstan vətəndaşı Borispol hava limanına gedərkən  saxlanılıb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat paylaşıb. 

Bildirilib ki, 33, 41 və 43 yaşlarında olan şübhəlilər bir sahibkara, onun həyat yoldaşına hücum edərək külli miqdarda pul, qızıl zinət əşyaları və "Lexus" markalı avtomobilini oğurlayıblar. Şübhəli şəxslərdən yoxlanış zamanı odlu silahlar aşkarlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi saxlanılan üç nəfərdən ikisinin keçmiş polis əməkdaşı olduğunu təsdiqləyib. Bildirilib ki, həmin şəxslər 2012-ci ildə Gürcüstanda hökümət dəyişikliyindən sonra ölkəni tərk ediblər.
 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date