Ukraynada Ternopil bölgəsinə raket hücumu nəticəsində uşaqlar yaralanıb

Ukraynada Ternopil bölgəsinə raket hücumu nəticəsində uşaqlar yaralanıb
# 12 iyun 2022 15:22 (UTC +04:00)

Rusiya ordusunun Ukraynada Ternopil vilayətinin Çortkov şəhərinə endirdiyi raket hücumu nəticəsində 22 dinc sakin yaralanıb.

APA xəbər verir ki, bu barədə Ternopil Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Vladimir Truş və Dövlət Fövqəladə Hallar Xidmətinin regional şöbəsinin rəhbəri Viktor Masli brifinqdə bildirib.

Hərbi idarə rəisi məlumat verib ki, 4 zərbə olub:

“Əvvəllər raketlər Qara dənizdən havaya qalxıb. Hərbi obyektin bir hissəsi dağıdılıb. Mülki əhalinin olduğu 4 ədəd 5 mərtəbəli evə ziyan dəyib. Hazırda zərərçəkən yoxdur. Hadisə yerində 10 təcili tibbi yardım maşını gəlib. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları dağıntıları aradan qaldırır”.

Fövqəladə Hallar Dövlət Xidmətinin rəisi bildirib ki, axtarış-xilasetmə əməliyyatları gecə saat 3-dək davam edib, dağıntılar altından 2-si uşaq olmaqla 12 nəfər xilas edilib.

Məlumata görə, raket hücumu nəticəsində 7-si qadın və 12-si uşaq olmaqla 22 mülki şəxs yaralanıb.

Zərərçəkənlərin ciddi xəsarətləri yoxdur, əksəriyyətinin xəsarətləri orta-ağırdır, bəziləri hazırda xəstəxanadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR