Ukraynada təyyarə istehsal edən şirkətin mühəndisi Rusiyaya dəstək verdiyi üçün saxlanılıb

Ukraynada təyyarə istehsal edən şirkətin mühəndisi Rusiyaya dəstək verdiyi üçün saxlanılıb
# 31 may 2022 21:30 (UTC +04:00)

Ukraynanın təyyarə istehsal edən firması Antonovun aparıcı konstruktor mühəndisi saxlanılıb.

APA “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlüksəizlik Xidməti məlumat yayıb.

O, Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyata dəstək verməkdə şübhəli bilinir.

Xüsusilə, o, internetdə rus hərbçilərinin hərəkətlərini bəyənib və bununla bağlı materiallar yayıb.

Kiyev vilayəti prokurorluğunun bəyanatında bildirilir ki, axtarış zamanı onun kompüter və smartfonunda, anti-Ukrayna məzmunlu foto və videolar əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR