Ukraynada yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb - VİDEO

Ukraynada yol qəzası zamanı ölənlərin sayı 27 nəfərə çatıb  - VİDEO
# 04 may 2022 02:30 (UTC +04:00)

Ukraynada mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada ölənlərin sayı 27-ə çatıb.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlama verib.

“Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq çəninin sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır. 27-ci qurban “Mercedes Vito” mikroavtobusunun sürücüsüdür”,- deyə o, "Telegram” kanalında yazıb.

İlkin məlumatlara görə, hadisəyə mikroavtobusun sürücüsü səbəb olub.

***

03.05.2022

Saat 23:27

***

Ukraynanın Rivne bölgəsində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşını toqquşub.

APA UNİAN-a istinadən xəbər verir ki, hadisə 16 nəfər ölüb, daha on nəfər yaralanıb.

Hadisə Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında baş verib.

Hadisə Kiyev-Çop magistralında avtomobillərin hərəkətinin tamamilə dayanmasına səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR