Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 453 uşaq ölüb, 880 uşaq yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1333-dən çox uşaq zərər görüb. 2023-cü il yanvarın 13-də səhər saatlarına olan məlumata görə, gündəlik qurbanların rəsmi sayı 453-dür, xəsarət alanların sayı isə 880-dir”, - məlumatda deyilir.
Baş Prokurorluq bildirib ki, bu yekun rəqəm deyil, müvəqqəti işğal altında olan ərazilər və döyüşlərin intensiv getdiyi ərazilərdən məlumat əldə etmək mümkün deyil.
"Rusiya silahlı qüvvələrinin bombardmanları və top atəşləri nəticəsində 3126 təhsil müəssisəsi zərər görüb. Onlardan 337-si tamamilə məhv edilib".
Ukraynadakı müharibədə indiyə qədər 453 uşaq həlak olub

Avropa

Zelenski Rafael Qrossi ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Rumıniyada güclü zəlzələ olub

Zelenski Rusiyada Qərb silahlarından istifadə edilmədiyini bildirib
