Ukraynadan taxıl yüklü daha 5 gəmi yola çıxıb

Ukraynadan taxıl yüklü daha 5 gəmi yola çıxıb
# 16 avqust 2022 10:45 (UTC +04:00)

Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları yüklü daha 5 gəmi yola düşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Gəmilərdən 3-ü Çernomorsk, 2-si isə Yujnıy limanlarından yola çıxıb.

İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzinin marşrutunu izlədiyi gəmilər Rumıniya, Türkiyə, Cibuti və Cənubi Koreyaya buğda və qarğıdalı aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR