Ukraynalı ekspertlər Polşada raketin düşdüyü ərazidə təhqiqat aparır

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 18 noyabr 2022 16:25 (UTC +04:00)

Ukraynalı ekspertlər Polşada raketin düşdüyü ərazidə təhqiqat aparırlar.

APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Ukraynalı ekspertlər artıq Rusiyanın Ukraynaya qarşı raket terroru nəticəsində Prjevodovda faciənin baş verdiyi yerdə işləyirlər. Mən Polşa tərəfinə ekspertlərimizə əraziyə giriş imkanı verdiyinə görə minnətdaram. Ən yaxın dostların etdiyi kimi, biz də əməkdaşlığımızı açıq və konstruktiv şəkildə davam etdirəcəyik", - Kuleba vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR