Ukraynalı tankçılar Böyük Britaniyada təlimləri başa vurublar

Ukraynalı tankçılar Böyük Britaniyada təlimləri başa vurublar
# 27 mart 2023 07:57 (UTC +04:00)

Ukraynanın tank heyətləri Britaniyanın “Challenger 2” tanklarını idarə etmək üçün təlim prosesini başa vurub.

APA xəbər verir ki, bu barədə və Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarədən bildirilib ki, bir neçə həftəlik təlimlər zamanı ukraynalı tankçılara “Challenger 2”də birgə döyüş işləri öyrədilib.

Fevralda Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsində İngiltərədə Ukrayna tankçılarının təlim mərkəzinə baş çəkib.
Ehtimal olunur ki, bu ekipajlar yaxın həftələrdə Ukrayna əks-hücumunda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR