Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar bu il başlaya bilər

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar bu il başlaya bilər
# 03 fevral 2023 19:17 (UTC +04:00)

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar bu il başlaya bilər.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna-Avropa İttifaqı” sammitinin nəticələri ilə bağlı çıxışında deyib.

“Biz artıq bu danışıqlara hazırlaşmağa başlamışıq. Biz Avropa Komissiyası və Avropa Şurası tərəfindən müvafiq qərarların qəbul edilməsini gözləyirik. Məqsəd danışıqlara bu il başlamaqdır və bu, sadəcə, məqsəd deyil, önəmli bir hədəfdir”, - Zelenski bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR