Ukraynanın Almaniyadakı yeni səfiri Berlindən Kiyevə yardımın həcmini və sürətini tənqid edib

Ukraynanın Almaniyadakı yeni səfiri Berlindən Kiyevə yardımın həcmini və sürətini tənqid edib
# 30 oktyabr 2022 13:25 (UTC +04:00)

Ukraynanın Almaniyadakı yeni səfiri Aleksiy Makeyev Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan sonra Berlinin Kiyevə göstərdiyi yardımı tənqid edib.

APA xəbər verir ki, diplomat bu barədə Bild am Sonntag qəzetinə müsahibəsində bildirib.

Makeev Almaniyanın yardımını “avtobanda 30 km/saat sürətlə hərəkət edən idman avtomobili” ilə müqayisə edib.

“Rusiyaya qarşı mübarizədə lazım olanı göndərmək əvəzinə həftələrlə bizə izah edirlər ki, niyə tələblərimiz heç vaxt yerinə yetirilməyəcək. Sonra bir neçə həftə və ya aylar keçir və nəticədə Almaniya hələ də kömək edir, lakin demək olar ki, çox gec. Bu, piyadaların döyüş maşınlarında, artilleriya, qumbaraatanlarda belə idi", - səfir bildirib. Onun fikrincə, Almaniya Ukraynaya "daha çox və daha tez" kömək edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR