Ukraynanın Baş naziri Litva və Türkiyəyə təşəkkür edib

Denis Şmıqal

© APA | Denis Şmıqal

# 02 iyun 2022 18:08 (UTC +04:00)

Ukraynanın Baş naziri Denis Şmıqal Litva və Türkiyəyə təşəkkür edib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Şmıqal "Twitter"də paylaşım edib.

“Dostlardan inanılmaz dəstək! Litva vətəndaşları Ukraynaya “Bayraktar” almaq üçün pul toplayıb. Türkiyə isə bunu pulsuz təqdim etməyə qərar verib. Litvanın müdafiə nazirinin kampaniyasına qoşulan hər kəsə, xüsusilə Litva Baş naziri İnqrida Şimonyeteyə, Litva hökumətinə, Türkiyə Prezidenti Ərdoğana təşəkkür edirəm. Cəsarət və əzm həmişə qalib gəlir!”, - Ukraynanın hökumət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR