Ukraynanın bütün ərazisində elektrik verilişi dayandırılıb

Ukraynanın bütün ərazisində elektrik verilişi dayandırılıb
# 06 dekabr 2022 01:49 (UTC +04:00)

Rusiyanın raket zərbələrindən sonra Ukraynanın bütün ərazisində elektrik şəbəkəsində qəza açılması həyata keçirilib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrenerqo şirkəti məlumat verib.

Şirkət bildirir ki, raket hücumu nəticəsində enerji sistemində mürəkkəb, lakin nəzarət ediləbilən vəziyyət yaranıb. Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub-saxlayıb və Avropa şəbəkəsi ilə sinxron işləyir.

Təmir briqadaları gecə boyu şəbəkənin bərpası ilə məşğul olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR