Ukraynanın Çerniqov vilayətində 3500-ə yaxın bina dağıdılıb

Ukraynanın Çerniqov vilayətində 3500-ə yaxın bina dağıdılıb
# 17 may 2022 10:07 (UTC +04:00)

Kiyevin şimalındakı Çerniqov vilayətində Rusiyanın Ukrayna paytaxtına doğru hücumu zamanı təxminən 3500 binanın dağıdıldığı və ya zədələndiyi təxmin edilir.

APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, ziyanın 80%-i yaşayış binalarına dəyib. Qeyd olunub ki, bu dağıntıların miqyası Rusiyanın ayrı-seçkilik və ya mütənasibliyi minimum nəzərə alaraq yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu göstərir.

"Rusiya çox güman ki, hədəf müəyyənləşdirilməsi ilə bağlı məhdud imkanlarına və müntəzəm olaraq öz cəbhə xəttindən irəlidə uçan döyüş təyyarələrini risk altında qoymaq istəmədiyinə görə ayrı-seçkilik etmədən artilleriya bombardmanından artan şəkildə istifadə edib", - deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, Rusiya Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışdığı üçün çox güman qarşıdakı həftələrdə kütləvi artilleriya zərbələrinə arxalanmağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR