Ukraynanın dörd vilayətində keçirilən “referendum”un nəticələri açıqlanıb

Ukraynanın dörd vilayətində keçirilən “referendum”un nəticələri açıqlanıb
# 28 sentyabr 2022 01:55 (UTC +04:00)

Ukraynanın dörd vilayətinin - Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin gələcəyi ilə bağlı “referendum”un yekun nəticələri açıqlanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “bütün regionlarda yüksək fəallıq təmin edilib, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi azı 87% təşkil edib”.

Həmçinin, bütün bu regionlarda “referendumlar” etibarlı sayılıb.

Sentyabrın 28-də Rusiya prezidenti Vladimir Putinə bu regionların ölkəyə birləşdirilməsi məsələsinə baxılması xahişi ilə rəsmi müraciətlər gözlənilir.

Sentyabrın 23-dən 27-dək adı çəkilən ərazilərdə Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına subyekt kimi daxil olmaq məsələsi ilə bağlı “referendumlar” keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR