Ukraynanın Gürcüstandakı diplomatı sözlərinin kontekstdən çıxarıldığını bildirib

Ukraynanın Gürcüstandakı diplomatı sözlərinin kontekstdən çıxarıldığını bildirib
# 25 yanvar 2023 16:32 (UTC +04:00)

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov ukraynalıların Gürcüstandan təxliyəsi ilə bağlı sözlərinin kontekstdən çıxarıldığını bildirib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Andrey Kasyanov bu barədə yerli mətbuata açıqlamasında bildirib.

Diplomat onu tənqid edən gürcü siyasətçilərə müsahibənin tam mətnini oxumağı tövsiyə edib:

“Məni tənqid edən gürcü siyasətçilər mətni orijinalda tam şəkildə oxumalıdırlar, sadəcə kontekstdən çıxarılmış sözləri götürməməlidirlər”, - Kasyanov bildirib.

Qeyd edək ki, Andrey Kasyanov “Evropeyskaya Pravda” nəşrinə müsahibəsində bildirib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa edilərsə, Kiyev təhlükəsizlik məqsədilə Gürcüstandakı vətəndaşlarını təxliyə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR