Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək
# 15 noyabr 2022 17:21 (UTC +04:00)

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun virtual iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-da Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun nazirlər səviyyəsində baş tutacaq onlayn iclasında NATO Baş katibi Yens Stoltenberq də iştirak edəcək.

İclasa ABŞ-ın Müdafiə Naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Mayli sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR