Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir
# 08 sentyabr 2022 12:47 (UTC +04:00)

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.
APA "Ukrinform"a istinadən xəbər verir ki, iclas artıq ABŞ-ın Almaniyadakı “Ramşteyn” hərbi hava bazasında başlayıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən təmas qrupunun görüşündə 50-yə yaxın ölkənin nümayəndəsi - müdafiə idarələrinin rəhbərləri və yüksək rütbəli hərbçilər iştirak edir.
İclasda Almaniyanın müdafiə naziri Kristin Lambrext, NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edir.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı tədbirdən əvvəl bildirib ki, iclas iştirakçıları "Ukrayna böhranını və ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müxtəlif təhlükəsizlik məsələlərini müzakirə etməyi" planlaşdırır.
Qeyd edək ki, bu artıq "Ramşteyn" aviabazasında təmas qrupunun üçüncü görüşüdür. Birinci görüş aprelin sonunda baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR