Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan XİN-ə çağırılıb

Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan XİN-ə çağırılıb
# 25 yanvar 2023 15:51 (UTC +04:00)

Ukraynanın müvəqqəti işlər vəkili Andrey Kasyanov "Evropeyskaya Pravda" nəşrinə verdiyi açıqlamasına görə Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, görüş zamanı yalnız bu məsələ müzakirə ediləcək və ikitərəfli əlaqələrin gündəliyindəki digər məsələlərə fokuslanılmayacaq.

Digər tərəfdən isə Kasyanov jurnalistlərə açıqlamasında bildirib ki, o, dəvət əsasında Gürcüstan XİN-ə gedir və görüşdə Gürcüstan və Ukrayna arasında ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Ukrayna mətbuatına açıqlamasında bildirib ki, Ukrayna Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa edilərsə, Gürcüstandakı vətəndaşlarının təxliyəsi üçün beynəlxalq tərəfdaşlara və təşkilatlara müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR